Qonaq, xoş gəlmisiniz! Əsas səhifə Qeydiyyat‎ Giriş
Canlı bölmə‎
Məşhur xəbərlər‎
Yeni xəbərlər
Günün məşhur xəbərləri‎
Həftənin məşhur xəbərləri‎
Ayın məşhur xəbərləri‎
Forum
Məni xatırlat!‎

Qeydiyyat

Şifrəmi unutmuşam!‎

  Statistika
Bugünki hit : 0
Dünənki hit : 0
Bu ayın hiti : 0
Bütün hitlər 0
Xətdə olan istifadəçilər‎ 0
İstifadəçilər sayı : 79
Yeni istifadəçi‎ : polad

‎“XəbərNamə” İstifadə şərtləri

‎“XəbərNamə”saytında hesab açmadan öncə hər bir istifadəçinin burada yazılan qaydaları ‎oxumağı vacibdir. “XəbərNamə” saytından istifadə edərkən hər bir istifadəçi burada ‎yazılan qaydaları avtomatik şəkildə qəbul etmiş sayılır. “XəbərNamə” saytının ‎qaydalarına dəyişikliklər və ya əlavələr etmək İdarə Heyətindən aslıdır. Hər bir istifadəçi ‎gərək diqqətli olsun ki, yeni dəyişikliklərdən xəbərsiz qalmasın. Bu saytın davamlı olması ‎üçün hər bir istifadəçimizin qaydaları bilməyindən aslıdır. ‎

Qeydiyyat və üzv olma: ‎
‎“XəbərNamə”dən istifadə etmə 12 yaşdan çox olan şəxslər üçündur. “XəbərNamə”də üzv ‎olmaq bu şərtdən sonra hamı üçün keçərlidir. “XəbərNamə”də üzv olmaq üçün istədiyiniz ‎hər hansı bir istifadəçi adına və istifadə etdiyiniz e-mail ünvanına ehtiyacınız var. Öz ‎istifadəçi adınızdan güvənli istifadə etmək üçün sizə bir şifrə lazimdır. “XəbərNamə”dəki ‎istifadəçi adınızın gərək bu şərtlərə uyğun olsun:‎
  • Sizin istifadəçi adınız digər istifadəçi adlarına oxşar olmasın. Əks təqdirdə sistem ‎seçdiyiniz təkrar adı qəbul etməyəcək
  • Öz istifadəçi adınız yerinə digərlərinə aid olan rəsmi adlardan ibarət olmasın. Əks ‎təqdirdə bu “XəbərNamə” İdarə Heyəti tərəfindən sezildikdə silinəcəkdir.‎
  • Ədəb və əxlaqa zidd olan adlardan istifadə etmək də qadağandır.‎
  • Hər istifadəçi saytda yalnız 1 dəfə və 1 istifadəçi adila qeydiyyatdan keçə bilər. Əks təqdirdə istifadəçinin bütün istifadəçi adları silinib istifadəçinin sayta daxil olma imkanı qapalanacaqş

Yuxarıda qeyd olunan qaydaların pozulması təqdirdə hesabınız “XəbərNamə” İdarə Heyəti ‎tərəfindən silinəcəkdir.‎

XəbərNamənin məhdud məsuliyyəti:
Hər hansı istifadəçinin qaydaları pozması sezildiyi təqdirdə hesabının bağlanması ‎‎“XəbərNamə” İdarə Heyəti tərəfindən həyata keçiriləcəkdir. Həmçinin bu qaydalarda qeyd ‎olunmayan başqa səbəblərə görə də üzvlərin hesabının silinmə ehtimalı var. “XəbərNamə” ‎İdarə Heyəti imkanı olduğu qədər istifadəçilərin şikayət, təklif və suallarını ‎cavablandıracaqdır. “XəbərNamə” İdarə Heyəti saytın fəaliyyətinə zərərin olduğunu sezdiyi ‎anda müəyyən tədbirlər görmək səlahiyyətinə sahibdir. “XəbərNamə” İdarə Heyəti siyasət və ‎digər mövzularda hər bir istifadəçinin fikrinə hörmətlə yanaşır və özünün bitərəf mövqedə ‎olduğunu qeyd edir. “XəbərNamə” İdarə Heyəti heç bir istifadəçinin şərhinə görə məsuliyyət ‎daşımır. ‎

‎“XəbərNamə” saytının fəaliyyətində bəzi texniki nasazlıqların baş vermə ehtimalı ‎mümkündür. “XəbərNamə” İdarə Heyəti çalışacaq ki, heç bir zaman saytın fəaliyyətində ‎axsaqlıqlar meydana gəlməsin. Fəqət “XəbərNamə” İdarə Heyəti problemsiz xidmət ‎göstərmək məsuliyyətini öz üzərinə götürmür.‎ ‎

“XəbərNamə” İdarə Heyətinin yenilikləri, xəbərləri və s. məlumatları onun rəsmi bloqu olan ‎xebername.azeriblog.com başqa heç bir yerdə nəşr və dərc olunmayacaqdır. Əgər bu ‎ünvandan başqa yerlərdə bizimlə əlaqəli bir yazı olarsa bunun “XəbərNamə” İdarə Heyətinə ‎heç bir aidiyyatı yoxdur!‎

İstifadəçilərin məsüliyyətləri:‎
Hər hansı bir istifadəçi öz hesabı ilə faliyyət göstərdiyi təqdirdə bütün məsuliyyət məhz onun ‎özünə aiddir. “XəbərNamə” saytında üzv olaraq siz bütün xəbərlər, şərhlər, səslər və forumda ‎yazılan yazıların məsuliyyətini öz üzərinizə almış olursunuz. “XəbərNamə” heç bir xəbərin, ‎şərhin, keçidin və ya hər hansısa materialın məsuliyyətini öz üzərinə götürmür.‎

Hər hansı bir istifadəçi tərəfindən göndərilən materialları sizin məsuliyyətinizlə “XəbərNamə” ‎saytı idarə edir. Bu qayda digər saytlarda olan xəbər və materiallara aid deyildir. ‎‎“XəbərNamə” saytında mövcud olan xəbərlər istifadəçilər tərəfindən silinə və ya redaktə ‎oluna bilməz. Silinmə və ya redaktə təkliflərini ancaq “XəbərNamə” İdarə Heyəti ‎dəyərləndirə və müvafiq addım ata bilər. “XəbərNamə” İdarə Heyəti hər hansı bir yazını ‎silmə və ya redaktə etmə hüququna malikdir.‎

‎“XəbərNamə” saytına üzv olmaqla yanaşı sizlər Azərbaycan Respublikasının qanunlarına ‎müvafiq olaraq hərəkət edəcəyinizi avtomatik olaraq qəbul etmişolursunuz. Əks təqdirdə ‎‎“XəbərNamə” İdarə Heyətinin istifadəçi hesabınızla əlaqədar istədiyi qərarı vermə hüququ ‎var.‎

“XəbərNamə”də üzv olmaqla yanaşı siz aşağıdakı qadağaları qəbul edirsiniz:‎
  • ‎Bir hesabdan çox hesab açmaqla yanaşı açdığınız hesabın passiv qalması‎.
  • ‎Ədəb və əxlaq çərçivəsindən kənar sözlər yazmaq və bu cür çərçivəyə sığmayan xəbər ‎və materialların sayta qoyulması.‎
  • Başqaların şəxsi sirlərini açmaq və yalan məlumatlar yaymaq.
  • Başqa istifadəçilərin hesabından istifadə etmək. Şəxsi hesabı satmaq və ya digərlərinin ‎ixtiyarına buraxmaq.‎
  • Porno, seks saytlar, şəkillər və səhifələrə keçid vermək və ya bu mövzuda xəbər ‎göndərmək. ‎
  • Dini, milli, irqi ayrıseçkiliklərə aid yazıların, xəbərlərin göndərilməsi və bu mövzuda ‎şərhlərə yer ayrılması.
  • Sayt imkanlarından düzgün surətdə istifadə etməmək və sayta zərər vurmaq niyyəti ilə ‎fəaliyyət etmək
  • ‎.
  • ‎ ‎“XəbərNamə” istifadəçilərinin şifrələrini hack etmək.
  • Yaşadığınız ölkənin müəllif hüquqları qanununu pozmaq.‎
  • Qeyri-qanuni sürətdə “XəbərNamə”də göndərilən xəbərlərə səs qazandırmaq‎.
  • ‎“XəbərNamə” imkanları vasitəsilylə pul qazanmaq və ya pul xərc etmək‎.
  • Məhsullar və ya xidmətlər satmaq üçün “XəbərNamə”dən reklam üçün istifadə etmək.
  • Müxtəlif səs vermə nəticələrinin elan olunması və ya münasibətlər barəsində ‎xəbərdarlıq
  • .

    Yuxarıakı qadağaların reallaşması nəticəsində “XəbərNamə” İdarə Heyəti sizin hesabınızın ‎limitsiz və xəbərdarlıq olmadan silinməsində məsuliyyət daşıyır.‎

    Şəxsi informasiyalar: ‎
    ‎“XəbərNamə” öz istifadəçilərinin şəxsi məlumatlarını qorumalarında həssasdır. “XəbərNamə” ‎sizin məlumatlarınızdan ancaq sizin saytda fəaliyyətinizin yaranması üçün istifadə edir. ‎Məsələn, e-mailiniz, adınız kimi. Sizdən toplanan məlumatlar bunlardan ibarətdir:‎
    • ‎“XəbərNamə”də üzv olan zaman sizin şəxsi e-mail ünvanınız qeydiyyatınızı təsdiq ‎etmək, üzvlük şifrənizi göndərmək və bəzi imkanlardan istifadə etmək üçün sizin ‎istəyinizlə istifadə olunur. “XəbərNamə” bəzi xəbərdalıqlarda və sayt yeniliklərində ‎sizin e-mailinizdən istifadə edərək sizə bu barədə məlumat göndərə bilər. ‎‎“XəbərNamə” heç vaxt sizin e-mail ünvanınıza spam göndərmək üçün istifadə ‎etməyəcəkdir. Siz öz şəxsi e-mailinizi yazmayaraq sayt imkanlarından sitifadə edə ‎bilərsiniz amma bu istifadə çox məhdud şəkildə olacaqdır.‎
    • ‎ İstifadəçilərin İP ünvanı və son dəfə hansı zaman hesaba daxil oldıqları tarixi saytın ‎serveri tərəfindən qeyd olunur.‎
    • Sizin şəxsi məlumat lövhənizdəki məlumatlarınız bütün sayt istifadəçilərinə göstərilir. ‎Gondərdiyiniz xəbərlər, şərhlər, səslər, üzv olduğunuz tarix və s. Sizin istifadəçi adınız ‎altında etdiyiniz fəaliyyətlər bütün istifaçilər tərəfindən baxıla bilər. ‎
    • Sizin göndərdiyiniz xəbərlərin üzərinə tıqlanma sayı
    • Sizin müsbət və mənfi səsiniz şərhlər üçün “XəbərNamə” tərəfindən səbt olunur.‎


    “XəbərNamə” İdarə Heyəti bu məlumatların bəzilərini saytda olan fəaliyyətlərinizi kontrol ‎etmək üçün istifadə edir. Əgər “XəbərNamə” nə vaxtsa digər bir şirkətə satılsa sizin ‎məlumatlarla bərabər müştəriyə veriləcəkdir.‎

    Reklamlar: ‎
    ‎“XəbərNamə” saytın maddi xərclərini təmin etmək naminə saytda müxtəlif reklamlardan ‎istifadə edə bilər. “XəbərNamə” çalışacaq ki, nümayiş olunan reklamlar saytın görünüşünə ‎ziyan gətirməsin. “XəbərNamə” saytda reklam olunan digər saytların məsuliyyətini daşımır.‎

    Müəllif hüqüqlari:
    ‎ ‎“XəbərNamə” müəllif hüquqları qanununa həssasiyyət tələb edir və bunu öz istifadəçilərindən ‎də gözləyir. İstifadəçilərdən tələb olunur ki, müəllif hüquqlarına xələl gətirən materiallardan, ‎xəbərlərdən istifadə etməsinlər! Əgər “XəbərNamə” İdarə Heyəti bu barədə şikayət alsa ‎həmin yazı saytdan silinəcək və istifadəçiyə bu barədə xəbərdarlıq edəcək.‎

    Məramnamə: ‎
    ‎“XəbərNamə” bir virtual məkandır ki, hər kəs bu məkanda onun qanunları ‎çərçivəsində iştirak edə və fəaliyyət göstərər bilər. Siz “XəbərNamə”də üzv olmaqla ‎yanaşı buradakı məramnaməni də qəbul etmiş olursunuz.‎ ‎

    “XəbərNamə” sizə inanaraq bir çox imkanları sizə həvalə edir v\ məsuliyyəti də ancaq ‎sizə aiddir.‎
    ‎1 – “XəbərNamə” saytında mövcud olan xəbər və materialların bəziləsi sizin fikir və ‎düşüncələrinizə uyğun olmaya bilər. Amma “XəbərNamə”nin qaydalarına ziddirsə ‎xahiş edirik bizimlə əlaqə saxlayaraq bunu İdarə Heyətinə bildirin.‎
    ‎2- “XəbərNamə” azad və demokratik bir virtual məkandır. Hər kəs “XəbərNamə” ‎qaydaları çərçivəsində öz fikir və düşüncələrini bölüşə bilər. ‎ ‎
    3 - Çalışın müəllif hüququna hörmətlə yanaşın. Hər zaman xəbərin mənbəsini intinad ‎verin. Amma bir xəbər ki, bütün saytlarda qeyd olunub və maraqlıdır, siz ancaq onu ‎götürdüyünüz saytdan istinad verə bilərsiniz. Digər saytların əhəmiyyəti yoxdur. ‎ ‎
    4- Ticari keçidlər, reklam üçün xəbərlər, seksi və porno şəkillərdən ibarət olan ‎səhifələrə xəbər göndərmək “XəbərNamə”də qadağadi. ‎ ‎
    5- Blogun əsəs səhifəsinə keçid göndərmək qəbul olunmur və qaydalara ziddir amma ‎blogun yazılarına keçid göndərməyin maneəsi yoxdu.‎ ‎
    6- Bir xəbərin başlığı gərək xəbərin mətni ilə əlaqədar olsun. Başqalarını aldatmaqla ‎cəzb etnək əhəmiyyətsizdir. Aldatmaq üçün açar sözlər, başlıq və izah yazmayın. ‎ ‎
    7- Xəbərın ünvanı və onun izahı gərək ani dilimiz olan Azərbaycan dilində olsun. ‎Amma keçid verdiyiniz sayt hər hansi dildə ola bilər. Keçidin başlığı və onun izahı ‎gərək xəbər ilə əlaqədar olsun.‎ ‎
    8- Açar sözlər üçün münasib və xəbərlə əlaqədar kəlmələrdən istifadə edin. ‎ ‎
    9- Mütəmadi hansısa bir saytın yazı və ya materiallarından istifadə etmək sizə kredit ‎qazandırmayacaq, əksinə kreditiniz azalacaq. ‎ ‎
    10 – Xəbər başlığında və izahlarda kimsəni təhqir etməyin.‎
    Xəbər göndərdiyiniz zaman bu qaydalara riayət etməsəniz istifadəçilər tərəfindən ‎mənfi səs qazanacaqsınız ki, bu sizin xəbərin saytdan silinməsinə səbəb olacaq və ‎kreditiniz tükənəcək. Çalışın qaydalara hörmət və əməl edin ki, kreditiniz və ‎etibarınız çoxalsın!‎

    Xəbərləri göndərmək qanunları:‎
    • ‎ xəbəri göndərəndən sonra onu yeni əlavə olunan xəbərlər səhifəsində yoxlayın ‎və əgər keçidində, başlığında və izahında səhviniz varsa duzəldin, sizin ‎redaktə üçün sadəcə 10 dəqiqə vaxtınız var.‎
    • ‎ Xəbərin başlığı və izahı mütləq gərək Azəbaycan dilində olsun və ‎qrammatikaya riayət edilsin. Əgər keçid verdiyiniz səhifə şəkil və ya ‎viedodursa lazim deyil başlıqda şəkil və video kəlməsini yazasınız.‎
    • Yazdığınız izah gərək xəbərin başlığı ilə əlaqədar olsun və xəbərin izahında öz ‎fikrinizi yazmayın. Əgər bu xəbər barəsində bir şəxsi fikriniz varsa onu öz ‎blogunuzda yazın və buradan ora keçid verin.‎
    • Bir sayta gündə iki keçiddən çox yer verməyin.‎
    • Mütləq xəbər barəsində bir az qısa surətdə izah yazın ki, ziyaratçini ‎yormayasınız.‎
    • Açar sözləri gərək xəbərlə əlaqədar olsun.‎
    • “Ekskluziv, diqqət, şok” və s. bu qəbildən kəlmələrdən xəbər başlığında ‎istifadə etməyin.‎
    • Bu sayta İdarə Heyəti tərəfində çox az nəzarət olunur və yalnız istifadəçilərin ‎məsüliyyət daşımaqları ilə uğurlu ola bilər.‎
Xocalı Faciəsi
Mövzula aid ‎ 1 xəbər var
Türkiyə İsrail böhranı
Mövzula aid ‎ 0 xəbər var
20 Yanvar faciəsi
Mövzula aid ‎ 7 xəbər var
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Mövzula aid ‎ 2 xəbər var
Yeni il (2010)
Mövzula aid ‎ 5 xəbər var
  Günün isti müzakirə xəbərləri
  Günün ən çəx səs qazanan xəbərləri
"XəbərNamə" nədir?
"XəbərNamə" haqqında
"XəbərNamə" İstifadə şərtləri
‎"XəbərNamə"ilə əlaqə
"XəbərNamə"yə dəstək
"XəbərNamə" nin rəsmi bloqu
"XəbərNamə" bloqlarda və saytlarda
‎"XəbərNamə" RSS xəbər xidmətləri
© XeberName.com 2008 - 2010 Bütün hüquqlar qorunur