Gəlin, xanımlarımızı yalnız 8 martda yox, hər zaman qiymətləndirək!!!Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti tərəfindən Amerika səfirliyinin maliyyə yardımı ilə “Rol modelləri: Dəyişikliklərə cəsarəti çatan qadınlar” adlı layihə çərçivəsində müsabiqə keçirir.
Azərbaycanın inkişafında mühüm rolu olan xanımların əməyini işıqlandırmaqla, mövcud olan stereotipləri dəyişdirmək və qadın hüquqlarını möhkəmləndirmək məqsədi daşıyan bu müsabiqə 01 mart – 01 may 2008-ci il tarixləri arasında davam edəcək və yalnız bu müddət ərzində dərc olunan materiallar, təşəbbüslər müsabiqıyə qəbul olunacaqlar.
Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər iştirak edə bilərlər. Eyni şəxs bir neçə iş təqdim edə bilər.
xanımlar müsabiqə cəmiyyət qadın ,