Yolun düşə ZəngəzuraAtatürk Mərkəzində Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası ilə bağlı konfrans və şair-publisist Flora Xəlilzadənin “Yolun düşə Zəngəzura” adlı kitabının təqdimat mərasimini açıq elan edən mərkəzin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov dedi ki, Azərbaycanın cənub-qərbində yerləşən, ümumi sahəsi 7822 kv. kilometrdən çox olan bu ərazinin “Zəngəzur” kimi adlandırılması orta əsrlərdən də məlumdur. Zəngəzurun təbii gözəlliyi, coğrafi mövqeyi həmişə başına bəla olub.

Zəngəzur
Qərbi Azərbaycan ,
torpaqlarımız olan Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinə bir nəzər Rəsmi mənbələrin verdiyi məlumatlara görə 1900-cü ildən 1988-ci ilədək keçən müddət ərzində özlərinin sərsəm «Böyük Ermənistan» yaratmaq planlarını həyata keçirmək istəyən ermənilər 2 milyondan artıq azərbaycanlını öz tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın ərazilərindən, o cümlədən İrəvan Xanlığından, Zəngəzurdan, Göyçə mahalından Dağlıq Qarabağdan və digər torpaqlarımızdan zorla çıxararaq xalqımızın böyük bir hissəsini didərginlərə, məcburi köçkün və qaçqınlara çevirmişlər. Ermənilər bu müddət ərzində azərbaycanlılar yaşayan 400-dən artıq qəsəbə, kənd və yaşayış məntəqəsini, 300-dən artıq məktəb binasını, 200-dən artıq kitabxananı, habelə onlarla uşaq baxçalarını, xəstəxanaları, tibb məntəqələrini, istirahət guşələrini, şəxsi və ictimai təsərrüfatları dağıdaraq xarabazara çevirmişlər. Bütün bu vəhşiliklərlə yanaşı ermənilər yüz minlərlə azərbaycanlını öldürmüş, işgəncələrə məruz qoymuş, əlil etmişlər.
Qərbi Azərbaycan, Ermənistan, deportasiya, münaqişə, tale, vəhşiliklər, azərbaycanlı, şəxsi, tarix, torpaq ,
Qərbi Azərbaycanda erməni vandalizmiQərbi Azərbaycanda erməni vandalizmi
"Ermənistandan son deportasiya zamanı on minlərlə Qərbi azərbaycanlı ölkəmizin müxtəlif bölgələrinə yerləşdirilib. Onların əksəriyyəti Ermənistan - Azərbaycan münaqişəsi zamanı Xocalıda soyqırıma məruz qalıb, torpaqlar uğrunda gedən savaşda şəhid olub və əsir düşüb. Qərbi Azərbaycan torpaqlarının bizim olduğunu sübut etmək üçün bir sıra addımların atılması vacib xarakter daşıyır. Məsələn, əvvəlcə şəxsiyyəti təsdiq edən sənədlərdə Ermənistanda dünyaya gələn insanların doğum yeri kimi göstərilən yerdə həmin ad silinməli, orada Qərbi Azərbaycan və ya Azərbaycan Respublikası ilə bağlı qeyd öz əksini tapmalıdır. Yalnız bu yolla dünya ictimaiyyətinə o torpaqların bizlərə məxsus olduğunu göstərə bilərik...
Qərbi Azərbaycan, erməni vandalizmi, Ermənistan, deportasiya, münaqişə ,