Məmməd Araz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,Dövlət mükafatı laureatı, xalq şairi Məmməd İbrahimov (Məmməd Araz) dekabrın 1-də,ömrünün 72-ci ilində vəfat edib.
Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub.Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb
Baxıram ev-eşik boşdur elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyimdə də gedib, yuxum da gedib.
Bir anlıq dincəlim, yuxulayım deyə
Bircə əlacım var—unutmaq səni!
Ot kimi, su kimi bilmirəm niyə
Hər yerdə yaradıb bu torpaq səni.
Səyyah oluramsa, göz işlədikcə
Əvvəli, sonu yox bir düz olursan.
Mən səni gecələr unutsam,—gecə,
Gündüzlər unutsam,—gündüz olursan.
Dağlara çıxıram şimşəklər sənsən,
Saçımı dağıdan küləklər sənsən.
Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək, ayrılmazıq biz.
Qoy bir an ürəyim rahat döyünsün,
Bu qədər insafsız olmaz ki, adam!
Yox, səni bir anlıq unutmaq üçün
Özümü bir yolluq unutmalıyam
Məmməd Araz ,
Vüsal Məmmədovla müsahibə"Belə baxanda" bloqunun müəllifi Vüsal Məmmədovla müsahibə

müsahibə , bloq , jurnalist , Vüsal
Məmmədov ,
İYULUN ƏN NİSGİLLİ GÜNÜBu günlərdə dünyasını dəyişmiş görkəmli jurnalist Məmməd Nazimoğlu haqqında bir neçə söz və onun bir dəyərli yazısı
Məmməd Nazimoğlu , Heydər Hüseynov , Sara xanım , Nizami Muzeyi , Zərdabi ,