Hər Azadlıq, bir Qənimətdir.
Bu gün, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid iki il dörd ay haqsız yerə həbsdə qaldıqdan sonra sərbəst buraxıldı.
Özüm bilərək “azadlığa buraxıldı” yazmadım.
Çünki, bəzi insanlar var ki, həbs edilsələr də, qollarına qandal vurulsa da onlar azaddırlar..
Həbsxana divarları, dəmir barmaqlıqlar onları azadlıqdan məhrum edə bilməz.
Halbuki, həbs o insanların gündəlik ictimai fəaliyyətini məhdudlaşdıra bilər ancaq…
Fikir və düşüncə azadlıqlarını əsla əllərindən ala bilməz..
gundeliyim | təqribən 7 saat və 58 dəqiqə bundan öncə göndərilib
Göytürk ( Köktürk ) Kağanlığı
Dili Göytürkcə
Mərkəzi Ötüken
Rəhbərliyi Boylar birliyinə söykənən "Konfederatif" birlik
Dövlət başçısı Kağan
Məsləhətləşmə qurumu Ayukı
Başlanğıc tarixi M. S. 552
Yıxılışı M. S. 744
İlk kağan Bumun Kağan
(M. S. 534 - M. Ö. 552)
Son kağan Bomey Tegin Kağan
(M. S. 743-745)
Əvvəlki dövlət Rouran
Sonrakı dövlət Uyğur Kağanlığı
Sabetayçılıq, 17. əsrdə İzmir və ətrafında ortaya çıxan Sabatay Sevinin qurucusu olduğu, onu məsih qəbul edən, Yəhudi Mistisizmine və Kabbalaya söykən inancdır. Din İşləri Başçılığına görə Sabetaycılık bir İslam məzhəbi ya da təriqəti deyil və İslam düşüncəsi içində yer almır.
Qədim Türklərdə üç böyük Din Mərasimi var idi
1) Yazda kağan və ölkənin ağsaqqalarının da iştirakı ilə ata mağarasında keçirilərdi. Bu mağara, Bozqurd/Ergenekon Dastanındakı Bozqurdun son yaralı Türkü qaçırıb saxlamış olduğu mağaradır. Bu mağara qəti olmayan təxminlərə görə Turfan (Kao-çang) Dağlarının (Altayda) şimalındadır. Burada ataların ruhuna qurbanlar kəsilərdi.
və yaxud qadınların yada düşdüyü gün
8 Mart, dünyanın əksər ölkələrində Qadınlar Günü olaraq qeyd olunur.
Bu günü ictimai həyatda qadın-kişi bərabərliyinin başlanğıcı da hesab etmək olar.
8 Mart, eyni zamanda qadın cəsarətinin simvola çevrildiyi gündür…
Azərbaycanda bu günün əsl mənasını itirərək sadəcə qadınlara hədiyyə bayramı olaraq qeyd edilməsi üzüntüvericidir.
İlin 365 günü öz xanımını incidərək qadın problemlərinə laqeyd qalanların, müxtəlif yer və zamanlarda qadın haqqlarını tapdayanların, qadına qarşı zorakılığın tərəfdarı olanların ilin bir günü hədiyyə alması ziddiyyətli məsələdir.
8 Martda heç bir qadının hədiyyəyə ehtiyacı olmamalıdır…
Çünki, 8 Mart bütün dünya qadınları üçün ən böyük tarixi hədiyyədir…
gundeliyim | təqribən 7 gün bundan öncə göndərilib
və yaxud Xocalı qurbanlarını yad edərkən
Yazı, Xocalı faciəsində amansızca qətlə yetirilən 613 azərbaycanlının qarşısında mənəvi hesabat xarakteri daşıyır..
Xocalıda edilən vəhşiliyi Azərbaycan və dünya ictimaiyyətinə çatdıran qəhraman jurnalist Çingiz Mustafayevin yanındakı əsgərə göz yaşları içində səslənərək qətlə yetirilmiş kiçikyaşlı qız uşağının üzünü qaldırmasını istəməsi bir çoxumuzun yaddaşına həkk olunub.
Əslində, bu kiçik video səhnəsi belə, Xocalıda törədilən bu cinayətin hansı qəddarlıqla edildiyini gözlər önünə sərir.
Xocalı soyqırımı ilə qaranlıq məqamlar da az deyil.
Rus ordusunun (keçmiş sovet ordusu) Xocalının işğalında zirehli texnikayla iştirakı
Xocalının dörd tərəfdən mühasirəyə alındığı halda, oradakı insanların həyatının qurtarılması üçün ciddi diplomatik danışıqların aparılmaması
və s. məsələlər hələdə qaranlıq olaraq qalır…
Nəticədə isə amansızca qətl edilən 106-sı qadın, 83-ü uşaq olan 613 nəfər…
gundeliyim | təqribən 9 gün bundan öncə göndərilib
Reallığa bələd olmaq üçün bələdiyyə lazım deyil.
Dünən ölkədə keçirilən növbəti, sayca üçüncü bələdiyyə seçkiləri, bir daha Azərbaycandakı sosial reallığı, siyasi saxtakarlığı üzə çıxardı.
Əhalinin böyük əksəriyyətinin əhəmiyyət belə vermədiyi bu seçkinin bu dərəcədə saxtalaşdırılmasını heç bir şeylə izah etmək mümkün deyil.
İş o yerə çatıb ki, ölkə mətbuatı seçkidən bir neçə gün əvvəl artıq seçkinin nəticələrini yayınlayır.
gundeliyim | təqribən 13 gün bundan öncə göndərilib
Və yaxud keçən il baş vermiş hadisələrlə bağlı bloqumda yayınladığım yazılar
2009-cu ildə baş verən, əhəmiyyətli olduğunu düşündüyüm lokal, qlobal hadisələrlə bağlı yazdığım məqalələrin bir qismini bir araya gətirib qısa başlıqlar şəklində sizinlə paylaşmaq istədim.
Diqqətinizi çəkən hər hansı yazı başlığına tıklamakla həmin yazını tam şəkildə oxuya bilərsiniz
gundeliyim | təqribən 13 gün bundan öncə göndərilib
Başda bütün oxucularım, dostlarım olmaqla Azərbaycan xalqının Həmrəylik Gününü və Yeni İl Bayramını təbrik edirəm.
Bu gün bir ili daha geridə qoyacağıq.
2009-un son günüdü bu gün…
Yeni ilin girməsinə saatlar, dəqiqələr qalıb…
2009-un təhlilini növbəti yazılarda edəcəm, ancaq son günü pozitiv ruhla başa vurmanın tərəfdarıyam.
Yeni ilə daha enerjili, yüksək ruhla girmək arzu ediləndir.
Hər ilin son günü isə eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
gundeliyim | təqribən 13 gün bundan öncə göndərilib
Və yaxud 20 il əvvəl və sonra…
Bu gün 20 Yanvar hadisələrindən 20 il ötür…
Bizi o gecədən, o tarixdən, o millət ruhundan uzaqlaşdıran iyirmi il…
Və illər keçdikcə biz ondan uzaqlaşırıq, o da bizdən…
Həm ruhən, həm mənən, həm fikirnən, həm əməlnən…
20 Yanvar əslində özü bir tarixdir…
Bir günə, bir gecəyə sığışdırılmış böyük bir tarix…
20 Yanvar niyə bizim üçün əhəmiyyətlidir və əhəmiyyətli olmalıdır?
gundeliyim | təqribən 13 gün bundan öncə göndərilib
və yaxud Xocalılaşdırılmış Azərbaycan…
Bu il Xocalı faciəsinin 18-ci il dönümünü yaşayırıq.
Bu faciəni unutmamaq və bu faciədən dərs çıxarmaq olduqca vacibdir.
Xocalı faciəsiylə bağlı hisslərimi, fikirlərimi isə başqa bir vaxta ertələyirəm.
Bu yazıda Xocalı faciəsinin işığında bəzi reallıqları göstərməyə çalışacam.
gundeliyim | təqribən 13 gün bundan öncə göndərilib
və yaxud həbs olunmuş mənəviyyat
Fevralın 13-ü dindarlarla polis arasında baş verən toqquşmadan yəqin ki, xəbərdarsınız.
Eyni zamanda bu hadisə keçən həftənin ən çox müzakirə edilən mövzularından biri oldu.
Müxalifyönlü insanlar arasında ziddiyyətli şərhlərin olduğunu gördükdən sonra hadisəylə bağlı fikirlərimi sizinlə paylaşma qərarına gəldim.
gundeliyim | təqribən 21 gün bundan öncə göndərilib
Milli Şeir Portalı xaker hücumuna məruz qaldı.
Azərbaycanın ən böyük şeir portalı – Misra.az, özünü “Arxangel” adlandıran xaker tərəfindən, hücuma məruz olundu. Saytın strukturu və idarəetmə sistemi zədələnərək sıradan çıxdı. Portal üç gün işləmədi. 23 fevral 2010-cu il tarixində sayta giriş bərpa olundu, lakin saytın strukturu hələdə zədəli olaraq qalır. Onun tam bərpası üzərində işlər aparılır.
Hücum Türkiyyə ərazisindən olunduğundan və nəticədə portalın ana səhifəsinin əvəzinə xakerin logotipi və türkçə «SADECE UYARIDIR» yazısının görünməsinə baxmayaraq, portalın administrasiyası hesab edir ki, Arxangel heç də türk deyil. Bu sadəcə, düşmənimiz ermənilər tərəfindən, qardaş Türk və Azəri xalqlarının arasını vurmaq üçün düşünülmüş yeni bir vasitədir.
Nə olursa olsun bizim “iki dövlət – bir millət” olduğunu yaddan çıxarmaq olmaz!
www.misra.az
Britaniya alimləri insanların hüceyrələrinin nə üçün qocaldığının səbəblərini tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, yaşlandıqca zədələnən DNK hissəcikləri daxilə xüsusi siqnallar verir. Bu siqnallar hüceyrələrin yenidən bölünməsini dayandırır və ya onları öldürür. Nəticə etibarilə alimlər uzun müddət ürəyin fəaliyyətinin korlanması və dəridə qırışların əmələ gəlməsini müşahidə ediblər. Onların qənaətincə, bu ixtiradan sonra yaşlanma ilə bağlı yaranan diabet, ürəkçatışmazlığı kimi problemlə daha uğurlu mübarizə aparmaq, qocalmanı zəiflətmək mümkündür. İndi isə alimlər dərinin qocalmasının qarşısını almaq üçün xüsusi preparatlar üzərində işləyirlər.
110 Ayet Işığında Imam Ali (as)
Müminlerin Emiri İmam Ali (a.s) hakkında Hz. Peygamber buyurdular ki: "Ya Ali, senin yüzünden iki kavim, (iki taife) helak olur. Birincisi; senin hakkında guluv edip seni ilahIaştıran; ikinci sana düşmanlık yapıp hakkaniyetini gizleyenler. "
MƏNBƏ:WWW.EHLISUNNET.NET WWW.EHLISUNNET.COM ve WWW.EHLISUNNET.ORG
Davamı...
Bu filmi izleyen bir izleyicinin AVATAR haqda olan fikri: "Avatarı izlədiyimin ertəsi səhəri, dünya mənə çox rəngsiz gəldi. Boz bir dünyaya oyandım. Bütün həyatım, etdiyim və uğruna səy göstərdiyim hər şey mənim üçün dəyərini itirdi. Hər şey çox mənasız gəlir. Artıq ən kiçik bir şey etmək üçün belə səbəb görmürəm. Ölən bir dünyada yaşayıram."
Davamı...