Başda bütün oxucularım, dostlarım olmaqla Azərbaycan xalqının Həmrəylik Gününü və Yeni İl Bayramını təbrik edirəm.
Bu gün bir ili daha geridə qoyacağıq.
2009-un son günüdü bu gün…
Yeni ilin girməsinə saatlar, dəqiqələr qalıb…
2009-un təhlilini növbəti yazılarda edəcəm, ancaq son günü pozitiv ruhla başa vurmanın tərəfdarıyam.
Yeni ilə daha enerjili, yüksək ruhla girmək arzu ediləndir.
Hər ilin son günü isə eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
gundeliyim | təqribən 6 gün bundan öncə göndərilib
Və yaxud keçən il baş vermiş hadisələrlə bağlı bloqumda yayınladığım yazılar
2009-cu ildə baş verən, əhəmiyyətli olduğunu düşündüyüm lokal, qlobal hadisələrlə bağlı yazdığım məqalələrin bir qismini bir araya gətirib qısa başlıqlar şəklində sizinlə paylaşmaq istədim.
Diqqətinizi çəkən hər hansı yazı başlığına tıklamakla həmin yazını tam şəkildə oxuya bilərsiniz
gundeliyim | təqribən 6 gün bundan öncə göndərilib
və yaxud Xocalılaşdırılmış Azərbaycan…
Bu il Xocalı faciəsinin 18-ci il dönümünü yaşayırıq.
Bu faciəni unutmamaq və bu faciədən dərs çıxarmaq olduqca vacibdir.
Xocalı faciəsiylə bağlı hisslərimi, fikirlərimi isə başqa bir vaxta ertələyirəm.
Bu yazıda Xocalı faciəsinin işığında bəzi reallıqları göstərməyə çalışacam.
gundeliyim | təqribən 6 gün bundan öncə göndərilib
Və yaxud 20 il əvvəl və sonra…
Bu gün 20 Yanvar hadisələrindən 20 il ötür…
Bizi o gecədən, o tarixdən, o millət ruhundan uzaqlaşdıran iyirmi il…
Və illər keçdikcə biz ondan uzaqlaşırıq, o da bizdən…
Həm ruhən, həm mənən, həm fikirnən, həm əməlnən…
20 Yanvar əslində özü bir tarixdir…
Bir günə, bir gecəyə sığışdırılmış böyük bir tarix…
20 Yanvar niyə bizim üçün əhəmiyyətlidir və əhəmiyyətli olmalıdır?
gundeliyim | təqribən 6 gün bundan öncə göndərilib
Reallığa bələd olmaq üçün bələdiyyə lazım deyil.
Dünən ölkədə keçirilən növbəti, sayca üçüncü bələdiyyə seçkiləri, bir daha Azərbaycandakı sosial reallığı, siyasi saxtakarlığı üzə çıxardı.
Əhalinin böyük əksəriyyətinin əhəmiyyət belə vermədiyi bu seçkinin bu dərəcədə saxtalaşdırılmasını heç bir şeylə izah etmək mümkün deyil.
İş o yerə çatıb ki, ölkə mətbuatı seçkidən bir neçə gün əvvəl artıq seçkinin nəticələrini yayınlayır.
gundeliyim | təqribən 6 gün bundan öncə göndərilib
və yaxud Xocalı qurbanlarını yad edərkən
Yazı, Xocalı faciəsində amansızca qətlə yetirilən 613 azərbaycanlının qarşısında mənəvi hesabat xarakteri daşıyır..
Xocalıda edilən vəhşiliyi Azərbaycan və dünya ictimaiyyətinə çatdıran qəhraman jurnalist Çingiz Mustafayevin yanındakı əsgərə göz yaşları içində səslənərək qətlə yetirilmiş kiçikyaşlı qız uşağının üzünü qaldırmasını istəməsi bir çoxumuzun yaddaşına həkk olunub.
Əslində, bu kiçik video səhnəsi belə, Xocalıda törədilən bu cinayətin hansı qəddarlıqla edildiyini gözlər önünə sərir.
Xocalı soyqırımı ilə qaranlıq məqamlar da az deyil.
Rus ordusunun (keçmiş sovet ordusu) Xocalının işğalında zirehli texnikayla iştirakı
Xocalının dörd tərəfdən mühasirəyə alındığı halda, oradakı insanların həyatının qurtarılması üçün ciddi diplomatik danışıqların aparılmaması
və s. məsələlər hələdə qaranlıq olaraq qalır…
Nəticədə isə amansızca qətl edilən 106-sı qadın, 83-ü uşaq olan 613 nəfər…
gundeliyim | təqribən 1 gün bundan öncə göndərilib
və yaxud qadınların yada düşdüyü gün
8 Mart, dünyanın əksər ölkələrində Qadınlar Günü olaraq qeyd olunur.
Bu günü ictimai həyatda qadın-kişi bərabərliyinin başlanğıcı da hesab etmək olar.
8 Mart, eyni zamanda qadın cəsarətinin simvola çevrildiyi gündür…
Azərbaycanda bu günün əsl mənasını itirərək sadəcə qadınlara hədiyyə bayramı olaraq qeyd edilməsi üzüntüvericidir.
İlin 365 günü öz xanımını incidərək qadın problemlərinə laqeyd qalanların, müxtəlif yer və zamanlarda qadın haqqlarını tapdayanların, qadına qarşı zorakılığın tərəfdarı olanların ilin bir günü hədiyyə alması ziddiyyətli məsələdir.
8 Martda heç bir qadının hədiyyəyə ehtiyacı olmamalıdır…
Çünki, 8 Mart bütün dünya qadınları üçün ən böyük tarixi hədiyyədir…
gundeliyim | təqribən 11 saat və 11 dəqiqə bundan öncə göndərilib