Qonaq, xoş gəlmisiniz! Əsas səhifə Qeydiyyat‎ Giriş
Canlı bölmə‎
Məşhur xəbərlər‎
Yeni xəbərlər
Günün məşhur xəbərləri‎
Həftənin məşhur xəbərləri‎
Ayın məşhur xəbərləri‎
Forum
Məni xatırlat!‎

Qeydiyyat

Şifrəmi unutmuşam!‎

  Statistika
Bugünki hit : 451
Dünənki hit : 561
Bu ayın hiti : 10481
Bütün hitlər 60257
Xətdə olan istifadəçilər‎ 0
İstifadəçilər sayı : 200
Yeni istifadəçi‎ : LINKINPARK.

‎‎“XəbərNamə” haqqında‎‎

Bu sayt Azərbaycan internet məkanında ilk saytdır ki, istifadəçilər öz istəkləri və səsləri ‎sayəsində ən maraqlı və məşhur sayt keçidlərini ziyarətçilərinə təqdim edirlər. “XəbərNamə” ‎istifadəçiləri saytda mövcud olan xəbər və keçidlərə onları faydalı və maraq əmsalına əsasən ‎müsbət (+) və ya mənfi (-) qiyməti ilə səs verirlər. Bu saytı ziyarət edən istifadəçiyə ən ‎maraqlı xəbərlərin oxunmasına və keçidlə maraqlanmasına, şərh, münasibət bildirərək ‎müzakirələrə qatılmasına zəmin yaradır.‎

Günün məşhur xəbərləri: bu səhifə istifadəçilərin səslərinə əsasən günün ən yaxşı xəbərlərini sayt ‎ziyarətçilərinə təqdim edir. O xəbərlər ki, günün "yeni xəbərlər" səhifəsində ‎minimum xala sahib olurlar bu səhifiyə gəlirlər. ‎

Yeni xəbərlər: bu səhifə günün bütün əlavə olunan xəbərlərindən ibarətdir. ‎Burada olan xəbərlərin çoxu Günün məşhur xəbərləri səhifəsinə göndərilmək üçün səs qazanmağa ‎namizəddirlər. Bu səhifədə olan xəbərlər ehtimalı var ki, heç səs qazanmayıb “günün məşhur ‎xəbərləri”nə əlavə olmasınlar. Bu səhifədə olan xəbərlər səs qazanan zaman dərhal əsas ‎səhifəyə koçurulur, və mənfi 5 – səs qazanan xəbərlər bir başa sistemdən silinir.‎

Xəbər əlvə etmək: bu saytda hər kim üzv olsa, xəbər göndərmək imkanına malik olur. Və ‎bizim tövsiyəmiz odur ki, istifadəçilər çalışsınlar ən maraqlı xəbərləri sayta göndərsinlər. ‎Əgər maraqsız və dəyərsiz xəbərlər sayta göndərilsə bu istifadəçinin xalının aşağı düşməsinə ‎və etibar qazanmamasına səbəb olacaq ki, bu da həmin istifaəçi üçün böyük itkidir.‎

Səs vermə: saytda olan xəbərlərə müsbət və ya mənfi səs vermək üçün gərək saytda ‎qeydiyyatdan keçəsiniz. Hər xəbərə yalnız bir müsbət və ya mənfi səs verə bilərsiniz. Sizin ‎səsiniz saytda gizli və məxfi qalmayacaq və istifadəçilər müsbət və ya mənfi səs verənlərdən ‎xəbərdar olacaqlar. Müsbət və mənfi xəbər verən şəxslərin istifadəçi adları xəbərin altında ‎yazılacaq. Hər hansı bir xəbərə onu bəyənib, bəyənmədiyinizə görə səs verə bilərsiniz. Bu ‎saədcə olaraq sizin seçiminizə qalan bir şeydir və “XəbərNamə” saytı heç kimin seçiminə ‎qarışa bilməz.‎

Xal (bonus və ya kredit): “XəbərNamə” sistemi əsasən xalların hesabına fəaliyyət göstərir və bu xallar ‎sayəsində xəbərlərin dəyərləndirilməsi aparılır. İstifadəçilərin xalları onların saytda mövcud ‎olan fəaliyyətləri əsasında azalıb-çoxalır. Hər istifadəçinin xalı onun gündə (24 saatda) saytda ‎səs verməyi, xəbər əlavə etməyi, müzakirələrdə iştirakı ilə ölçülür. Bu sistem demək olar ki, ‎saytda fəaliyyət gösdərən istifadəçiləri virtual olaraq mukafatlandırır. Hər istifadəçinin xalı 24 saatdan bir onun fəaliyyətləri əsasında dəyişilir.‎

Minimum səs: Bütün mövzuların əsas səhifəyə yüksəlməsi üçün minimum 3 səs yığılmalıdır.
Bu minimum səs gələcəkdə saytın aktivliyi və istifadəçilərin çoxalması ilə dəyişdirilə bilər və çox ümidvarıq ki, aktivlik çoxalandan sonra artırılsın.

Xal qazanma prossesi: Yuxarıda qeyd etdiyimiz kimi “XəbərNamə” saytında fəal istifadə üçün ən yararlı ünsür ‎məhz xal qazanaraq kredit toplama sistemidir. Bu kreditin çoxalması hər bir istifadəçinin ‎saytda fəaliyyəti ilə ölçülür. Hər xəbərin göndərilməsi 5 xal, hər şərhin yazılması 3 xal, ‎hər səsvermədə iştirak isə 1 xalla hesablanır və bu xallar istifadəçinin kreditinin ‎çoxalmasına xidmət edir. Əgər hər hansı bir xəbər səs qazanıb əsas səhifəyə keçsə bu da ‎istifadəçinin kreditinə 5 xal əlavə edir. O xəbərlər ki, sıfırdan aşağı, yəni mənfi səs ‎qazanıb, istifadəçinin kreditindən 5 xal çıxılır.‎

Bu proses demək olar ki, gündəlik olaraq faəliyyət göstərir və günün sonunda istifadəçinin ‎kreditini sabit hala gətirir. Sonrakı gündə kredit sabit olduğu halda enidən fəaliyyət ‎əmsalına görə ölçülür və dəyərləndirilir.‎

Hər bir istifadəçinin kreditinin yüksəlməsi üçün maraqlı xəbərlər, şərhlər göndərməsi və ‎səsvermələrdə içtirak etməsi tövsiyə olunur!‎

Türkiye Milli takımı EURO2008 yarı finalda
Mövzula aid ‎ 0 xəbər var
Avro 2008 başlayır
Mövzula aid ‎ 8 xəbər var
İnternet və Azərbaycan
Mövzula aid ‎ 11 xəbər var
Foqusun təyinatı rəsmiləşdi
Mövzula aid ‎ 4 xəbər var
Azərbaycan NATO-da?
Mövzula aid ‎ 5 xəbər var
  Günün ən çəx səs qazanan xəbərləri
"XəbərNamə" nədir?
"XəbərNamə" haqqında
"XəbərNamə" İstifadə şərtləri
‎"XəbərNamə"ilə əlaqə
"XəbərNamə"yə dəstək
"XəbərNamə" blog
"XəbərNamə" bloglarda və saytlarda
‎"XəbərNamə" RSS xəbər xidmətləri
XəbərNamə internetdə
XəbərNamə barədə xəbər yaz, sən də bu siyahıya qoşul!

Bloglaşdırılmışlar
Mərkəzləşdirilmiş Xəbər Sistemi: Xəbərnamə.com
Yeni bir layihə. Qısaca desəm milli digg
"Xəbərə verilən dəyər"
Xəbərin ADI
Bütün hüquqları qorunur © 2008 Elimiz Online | Azeri Blog | Turk Blog